Görüşdə “Sinkod Yayın və Dağıtım”MMC və Hədəf Qrupla əməkdaşlıq edən, kitab satışı sektorunda fəaliyyət göstərən iş adamları iştirak edib. Tədbiri giriş sözü ilə açan Hədəf Şirkətlər Qrupunun Baş Direktoru Şəmil Sadiq qonaqlara xitab edərək, uzunmüddətli əməkdaşlığın və qarşılıqlı dəstəyin əhəmiyyətini vurğulayıb. O, sözlərinə belə davam edib: “Bizim üçün yalnız kommersiya məqsədləri deyil, həm də insani münasibətlər, dostluq və qarşılıqlı hörmət əsasdır. “Sinkod Yayın və Dağıtım”MMC və Hədəf Qrup olaraq bizim əsas məqsədimiz uzunmüddətli və güclü əməkdaşlıqlar qurmaqdır. Bu əməkdaşlıqların həm biznes müstəvisində, həm də sosial əlaqələrdə dərin köklərə sahib olmasını istəyirik. Biz hər zaman tərəfdaşlarımızın və iş dostlarımızın yanında olmağa çalışırıq və ümid edirik ki, birlikdə daha böyük uğurlara imza atacağıq.”
“Sinkod Yayın və Dağıtım”MMC-nin direktoru Elçin Sadiqov və Hədəf Şirkətlər Qrupunun Baş Direktoru Şəmil Sadiq görüş iştirakçılarını qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə də təbrik edib. “Bu gün yalnız iş dünyasında deyil, həm də cəmiyyətimizdə həmrəyliyin və birlikdə olmağın vacibliyini bir daha xatırladığımız gündür. Həmrəylik günü, bizə birgə çalışmanın, qarşılıqlı dəstəyin və bir-birimizi anlamağın nə qədər qiymətli olduğunu göstərir.
Görüş iştirakçılarına Hədəf Qrupun idarə heyəti tərəfindən “Hədəf 15” döş nişanı və təşəkkürnamələr təqdim edilib.
Görüşün sonunda qonaqlar bayram süfrəsi ətrafında bir araya gələrək xoş söhbətlər və fikir mübadiləsi aparıb.
“Sinkod Yayın və Dağıtım”MMC-nin təşkilatçılığı ilə keçirilən”Hədəfin dostları” adlı həmrəylik görüşü

Sonda xatirə şəkli çəkdirilib.